Ceyhun Bayramov Düşənbədə Lavrovla görüşdü - Video + Fotolar

ceyhun-bayramov-dusenbede-lavrovla-gorusdu
Oxunma sayı: 1926

Düşənbədə Azərbaycan və Rusiya xarici işlər nazirləri Ceyhun Bayramovla Sergey Lavrov arasında görüş keçirilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Rusiya XİN öz rəsmi tviter hesabında yazıb.

***

Azərbaycan XİN də görüşlə bağlı məlumat yayıb.

Bildirilir ki, nazirlər, iki ölkə arasında münasibətlərin müxtəlif istiqamətlər üzrə inkişafı məsələlərini müzakirə ediblər.

Bölgədəki cari vəziyyət ətrafında fikir mübadiləsi aparan tərəflər, sülh və təhlükəsizliyin təmin olunması üçün imzalanmış üçtərəfli bəyanatların tam icrasının vacibliyini bir daha vurğulayıblar. Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində addımların atılmasının əhəmiyyəti qeyd edilib.

Tərəflər, həmçinin regional və beynəlxalq təhlükəsizlik gündəliyinə daxil olan məsələlər ətrafında fikir mübadiləsi aparıblar.