Ceyhun Bayramov fransalı həmkarı ilə 5 baza prinsipindən danışdı

ceyhun-bayramov-fransali-hemkari-ile-5-baza-prinsipinden-danisdi
Oxunma sayı: 1781

Bu gün xarici işlər naziri Ceyhun Bayramov və Fransanın Avropa və xarici işlər naziri Jan İv Lö Drian arasında telefon danışığı baş tutub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Bildirilib ki, nazirlər regiondakı cari vəziyyət, o cümlədən üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər.

Danışıq zamanı nazirlər Azərbaycan tərəfindən təqdim edilmiş beş baza prinspinə toxunublar. Fransa naziri Fransanın Azərbaycan və Ermənistan arasında normallaşma səylərinə dəstəyini ifadə edib.

Tərəflər, həmçinin, Ukrayna ətrafındakı mövcud vəziyyətə dair fikir mübadiləsi aparıblar.

Telefon danışığı zamanı nazirlər, ikitərəfli gündəliyin aktual mövzuları və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.