Ceyhun Bayramov fransalı həmsədrlə bəyanatları müzakirə etdi

ceyhun-bayramov-fransali-hemsedrle-beyanatlari-muzakire-etdi
Oxunma sayı: 863

Bu gün qarşı tərəfin təşəbbüsü ilə xarici işlər naziri Ceyhun Bayramovla  ATƏT-in Minsk Qrupunun fransalı həmsədri Stefan Viskonti arasında telefon danışığı baş tutub.

XİN-dən  “Qafqazinfo”ya verilən məlumata görə, tərəflər bölgədəki son vəziyyəti, o cümlədən, 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Tərəflər, həmçinin, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.