Türkiyənin Xarici İşlər Nazirliyi bu gün Ankarada ölkənin XİN rəhbəri Hakan Fidanla azərbaycanlı həmkarı Ceyhun Bayramovun müzakirə etdiyi məsələləri açıqlayıb.
“Qafqazinfo”nun məlumatına görə, Türkiyə XİN bu barədə öz tviter hesabında paylaşım edib.
Məlumata görə, nazirlər danışıqlar zamanı iki ölkə arasında iqtisadi əməkdaşlıq və ticarət dövriyyəsi həcminin 15 milyard dollara çatdırılması hədəfi, TANAP layihəsinin imkanlarının genişləndirilməsi, yeni geosiyasi hadisələr fonunda Türk Dövlətləri Təşkilatının (TDT) rolu, eləcə də Cənubi Qafqazdakı son proseslər ətrafında fikir mübadiləsi aparıblar.
Xatırladaq ki, XİN rəhbəri Ceyhun Bayramov bu gün Türkiyəyə səfər edib və həmkarı Hakan Fidanla görüş keçirib.
Son xəbərlər
Son Xəbərlər