Ceyhun Bayramov Hakan Fidanla görüşdü - Fotolar

ceyhun-bayramov-hakan-fidanla-gorusdu
Oxunma sayı: 2413

Ankarada səfərdə olan xarici işlər naziri Ceyhun Bayramovla türkiyəli həmkarı Hakan Fidan arasında görüş keçirilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Azərbaycan XİN öz tviter hesabında paylaşıb.

Xatırladaq ki, Ceyhun Bayramov iyulun 31-i Türkiyəyə rəsmi səfərə gedib. O, səfər çərçivəsində bir sıra yüksəkvəzifəli rəsmi şəxslərlə görüş keçirəcək.