Ceyhun Bayramov İrakli Qaribaşvili ilə görüşündən yazdı

ceyhun-bayramov-irakli-qaribasvili-ile-gorusunden-yazdi
Oxunma sayı: 1775

“Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşdə iki ölkə arasındakı strateji tərəfdaşlıq və regional vəziyyətlə bağlı məsələləri müzakirə etdik”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov tvitter hesabında yazıb:

“Görüşdə Azərbaycan və Gürcüstan arasında dostluq, səmərəli və hərtərəfli əməkdaşlığın daha da möhkəmləndirilməsinin vacibliyi vurğulanıb”.

Qeyd edək ki, bu gün Tbilisidə Azərbaycan, Gürcüstan və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşü baş tutub. Bu, Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında ilk ikitərəfli görüşdür.