Ceyhun Bayramov Kahramanmaraşa çatdı - Fotolar - Yenilənib

ceyhun-bayramov-kahramanmarasa-catdi
Oxunma sayı: 5093

Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin zəlzələdən zərər çəkmiş ərazilərini ziyarət etmək məqsədilə Kahramanmaraş şəhərinə səfərə yola düşüb.

Bu barədə "Qafqazinfo"ya Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Səfər çərçivəsində, C. Bayramovun türkiyəli həmkarı Mevlüt Çavuşoğlu ilə görüşü nəzərdə tutulur.

***

XİN-in rəsmi tviter hesabında paylaşılan məlumata görə, Ceyhun Bayramov Kahramanmaraş şəhərində türkiyəli həmkarı Mövlud Çavuşoğlu tərəfindən qarşılanıb.

Nazir C.Bayramov sözügedən şəhərə səfəri çərçivəsində Türkiyənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyini (AFAD) ziyarət edib, zəlzələ bölgəsindən vətəndaşların xilas edilməsi, təxliyəsi, həmçinin zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlərlə tanış olub.