Ceyhun Bayramov Maltaya getdi

ceyhun-bayramov-maltaya-getdi
Oxunma sayı: 740

Xarici işlər naziri Ceyhun Bayramov Maltanın paytaxtı Valetta şəhərinə işgüzar səfərə yola düşüb.

XİN-dən “Qafqazinfo”ya verilən məlumata görə, səfər çərçivəsində C.Bayramov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 31-ci iclasında iştirak edəcək.

Bununla yanaşı, nazirin tədbirdə iştirak edən digər ölkələrin rəsmi şəxsləri ilə görüşlərinin keçirilməsi nəzərdə tutulub.