Ceyhun Bayramov onlara yeni vəzifə verdi

ceyhun-bayramov-onlara-yeni-vezife-verdi
Oxunma sayı: 3973

Təhsil Nazirliyində bir neçə kadr dəyişikliyi baş verib.

"Qafqazinfo" News24.az-a istinadən xəbər verir ki, Təhsil naziri Ceyhun Bayramovun müvafiq əmri ilə Vəfa Yaqublu Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

V.Yaqublu bundan əvvəl Təhsil İşçilərinin Peşəkar İnkişafi İnstitutunun direktoru vəzifəsində çalışıb.  

Qeyd edək ki, Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov vəzifəsindən azad olunub. O, Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktor müavini təyin edilib. 

Təhsil nazirinin müvafiq əmri ilə Emin Əmrullayev Təhsil İşçilərinin Peşəkar İnkişafi İnstitutunun direktoru vəzifəsinə təyin olunub.