Ceyhun Bayramov Pakistana gedir

ceyhun-bayramov-pakistana-gedir
Oxunma sayı: 1669

Bu ilin 13-14 yanvar tarixlərində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti Pakistan İslam Respublikasına rəsmi səfərlə yola düşəcək.

XİN-dən “Qafqazinfo”ya verilən məlumata görə, səfər çərçivəsində 13 yanvar tarixində Azərbaycan, Türkiyə və Pakistan İslam Respublikasının xarici işlər nazirlərinin 2-ci üçtərəfli görüşünün keçirilməsi nəzərdə tutulur.

14 yanvar tarixində isə AR xarici işlər nazirinin Pakistanın yüksək səviyyəli rəsmiləri ilə ikitərəfli görüşlərinin keçirilməsi planlaşdırılır.