Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə də görüşdü

ceyhun-bayramov-qazaxistanli-hemkari-ile-de-gorusdu
Oxunma sayı: 797

Martın 29-da Düşənbə şəhərində keçirilən “Asiyanın ürəyi - İstanbul prossesi” 9-cu Nazirlər Konfransı çərçivəsində xarici işlər naziri Ceyhun Bayramovun qazaxıstanlı həmkarı Muxtar Tleuberdı ilə görüşü keçirilib.

“Qafqazinfo” XİN-ə istinadən xəbər verir ki, görüş zamanı Ceyhun Bayramov ölkələrimiz arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu bildirərək bunun daha da inkişaf etdirilməsi baxımından Birgə Hökumətlərarası Komissiyanın iclasının keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Azərbaycan və Qazaxıstan tərəfindən öz ərazilərində müasir nəqliyyat-tranzit infrastrukturlarının yaradıldığı və bunun artıq öz əhəmiyyətli nəticəsini verdiyini qeyd edən nazir Ceyhun Bayramov, bu istiqamətdə əməkdaşlığın inkişafı üçün geniş perspektivlərin olduğunu bildirib.

Nazirlər, gələn il ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə bir sıra tədbirlərin həyata keçirilməsinə dair fikir mübadiləsi aparıblar.

Görüş zamanı nazir Ceyhun Bayramov həmkarına 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni vəziyyət, üçtərəfli bəyanatların icrası ilə bağlı Azərbaycan tərəfindən görülən işlərlə bağlı məlumat verib.