Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanına işgüzar səfərə yola düşüb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.
Nazir səfər çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının fövqəladə iclasında iştirak və çıxış edəcək.