Ceyhun Bayramov Səudiyyə Ərəbistanına getdi

ceyhun-bayramov-seudiyye-erebistanina-getdi
Oxunma sayı: 1286

Xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərinə işgüzar səfərə yola düşüb.

XİN-dən “Qafqazinfo”ya verilən məlumata görə, səfər çərçivəsində C.Bayramov İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının fövqəladə iclasında iştirak edəcək.

Bununla yanaşı, nazirin bir sıra ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.