Ceyhun Bayramov Türkiyəyə getdi

ceyhun-bayramov-turkiyeye-getdi
Oxunma sayı: 1521

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirak etmək üçün Türkiyəyə yola düşüb. Bu barədə XİN-dən “Qafqazinfo”ya məlumat verilib.

Səfər çərçivəsində nazir Ceyhun Bayramovun Antalya Diplomatiya Forumunda çıxışı, habelə həm Türkiyə tərəfinin rəsmiləri, həm də Forumda iştirak edən xarici nümayəndələr ilə çoxsaylı ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.