Ceyhun Bayramov Türkiyəyə səfər edəcək

ceyhun-bayramov-turkiyeye-sefer-edecek
Oxunma sayı: 1430

Xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə gedəcək.

“Qafqazinfo” xəbər verir kİ, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, C.Bayramovun səfəri türkiyəli həmkarı Mövlud Çavuşoğlunun dəvəti ilə gerçəkləşəcək. Nazir Səfirlərin XIII Konfransında iştirak etmək üçün 8-9 avqust Türkiyədə səfərdə olacaq.

C.Bayramovun Konfranda səfirlər qarşısında çıxış etməsi nəzərdə tutulur.