Xarici işlər naziri Ceyhun Bayramov və BMT Baş Assambleyasının 75-ci sessiyasının prezidenti Volkan Bozkır arasında görüş baş tutub.
“Qafqazinfo” XİN-ə istinadən xəbər verir ki, Volkan Bozkır BA-nın prezidenti qismində ilk səfərlərini reallaşdırdığını bildirib və bu çərçivədə Azərbaycanda olmaqdan qürur duyduğunu qeyd edib. Azərbaycanın həm geostrateji, həm də BMT-yə töhfəsi baxımından vacib ölkə olduğunu ifadə edib.
Nazir BA prezidentinə bölgədə mövcud olan cari vəziyyət, üçtərəfli bəyanatların imzalanması ilə yaranan yeni reallıqlar, işğal faktorunun aradan qaldırılması ilə Ermənistan və Azərbaycan arasında münasibətlərin beynəlxalq hüquq prinsiplərinə ciddi riayət edilməsi əsasında normallaşdırılması imkanlarının yarandığı, habelə işğaldan azad edilmiş ərazilərdəki vəziyyət, Ermənistanın törətdiyi geniş miqyaslı dağıntılar, mina təhlükəsi barədə məlumat verib.
Tərəflər, həmçinin Azərbaycanla BMT arasında əməkdaşlıq, gələcək fəaliyyət istiqamətləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.





Son xəbərlər
Son Xəbərlər