Ceyhun Bayramovla Çavuşoğlu arasında telefon danışığı oldu

ceyhun-bayramovla-cavusoglu-arasinda-telefon-danisigi-oldu
Oxunma sayı: 717

Bu gün xarici işlər naziri Ceyhun Bayramovla Türkiyə xarici işlər naziri Mövlüd Çavuşoğlu arasında telefon danışığı baş tutub.

Bu baradə “Qafqazinfo”ya Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən məlumat verilib.

Telefon danışığı zamanı nazirlər cari regional vəziyyət və ikitərəfli əməkdaşlıq gündəliyi üzrə fikir mübadiləsi aparıblar. Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq istiqamətləri, habelə beynəlxalq platformalarda fəaliyyət məsələləri müzakirə edilib.