Ceyhun Cəfərov səyyar qəbul keçirdi

ceyhun-ceferov-seyyar-qebul-kecirdi
Oxunma sayı: 1710

Mayın 23-də rayonun Böyük Kəngərli kəndində Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərovun növbəti səyyar qəbul-görüşü keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri və Böyük Kəngərli kənd inzibati ərazi dairəsinə daxil olan Bağman, Böyük Kəngərli və İsmayıllı kəndlərinin sakinləri iştirak ediblər.

Ceyhun Cəfərov ölkə Prezidentinin əhalinin rifah-halının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi uğurlu siyasəti barədə geniş məlumat verib. Qeyd edib ki, respublikada həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, bu gün hər bir bölgədə, o cümlədən rayonda durmadan tikinti-abadlıq işləri aparılır, yeni yollar çəkilir, təhsil, səhiyyə müəssisələri inşa olunur, sosial layihələr həyata keçirilir.

Səyyar qəbulda iştirak edən kənd sakinləri istismar müddətini başa vurmuş naqil və dirəklərin dəyişdirilməsini, nümayəndəlik ərazisində telefon xətti və internet şəbəkəsinin olmamasını, kəndarası yolların təmiri, təbii qaz təchizatı, torpaq məsələləri, səhiyyə və digər problemlərinin həllinə köməklik göstərilməsini xahiş ediblər. Bütün bunlar nəzərə alınaraq qaldırılan məsələlərin həll olunması üçün rayon İcra Hakimiyyətinin Başçısı yerindəcə aidiyyatı təşkilatların rəhbərlərinə göstəriş və tapşırıqlarını verib.