Ceyhun Əsgərov ANS ÇM-in baş redaktoru oldu

ceyhun-esgerov-ans-cm-in-bas-redaktoru-oldu
Oxunma sayı: 5800


Məşhur telejurnalist Ceyhun Əsgərov yenidən ANS-ə qayıdıb. 

“Qafqazinfo”ya daxil olan məlumata görə, o, ANS ÇM radiosuna baş redaktor təyin olunub. Ceyhun Əsgərovun təyinatı ilə bağlı xəbər ANS-dən təsdiqlənib.

Xatırladaq ki, Ceyhun Əsgərov ANS TV-dən 2011-ci ilin mart ayında ayrılıb. O, mərhum jurnalist Salatın Əsgərovanın oğludur.


Günel Türksoy