Mərhum aktyor Ceyhun Mirzəyevin həyat yoldaşı Lidiya Mirzəyeva vəfat edib.
"Qafqazinfo" xəbər verir ki, bu barədə Modern.az saytına kinoşünas Aydın Dadaşov məlumat verib. O, bildirib ki, mərhum Lidiya xanımın hüzr mərasimi bu gün saat 12-də Hüseyn Cavid parkının yaxınlığındakı məhəllədə keçiriləcək
Mərhum Lidiya Mirzəyeva əvəllər ədliyyə sistemində işləyib, baş ədliyyə müşaviri olub.
Ceyhun və Lidiya Mirzəyevlər 1973-cü ildə ailə qurublar və Cəmilə adlı bir qızları dünyaya gəlib.
“Fəryad” filmi mərhum Ceyhun Mirzəyevin həm rejissor, həm də aktyor kimi son ekran işi olub. C.Mirzəyev
1993-cü il martın 5-də (47 yaşının tamamına 1 ay qalmış) vəfat edib.
Allah rəhmət eləsin...
Son xəbərlər
Son Xəbərlər