Çeyildağ sakinləri ilə səyyar görüş keçirilib - Foto

ceyildag-sakinleri-ile-seyyar-gorus-kecirilib
Oxunma sayı: 914

Qaradağ rayonu Çeyildağ qəsəbə sakinlərinin problemlərinin öyrənilməsi və aradan qaldırılması məqsədilə növbəti səyyar görüş keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Çeyildağ qəsəbə sakinlərinin iştirakı ilə təşkil olunan bu səyyar görüşdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov ilə yanaşı Rayon İcra Hakimiyyətinin məsul işçiləri, Qaradağ rayonunun müvafiq təsərrüfat və xidmət sahələrinin rəhbərləri də iştirak edərək sakinlərin müraciət və təkliflərini dinləyiblər.

Əvvəlcə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının Çeyildağ qəsəbəsi üzrə nümayəndəsi Akif Cavadovun 2019-cu ildə qəsəbədə görülmüş işlərlə bağlı hesabatı dinlənilib. Səyyar görüş sakinlərin böyük fəallığı və ənənəvi “Açıq mikrofon” formatında keçib.

Qəbula gələn sakinlər keçən görüşdən sonra qəsəbədə abadlıq-quruculuq işlərinin davam etdiyini, qaldırılan problemlərin həll olunduğunu vurğulayıblar. 

Sakinlərin onları narahat edən bu və ya digər məsələlərlə bağlı verdikləri sualları ətraflı cavablandıran Süleyman Mikayılov sosial rifahın yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin Prezident İlham Əliyevin birbaşa nəzarətində olduğunu xüsusi vurğulayıb.

Qəsəbə sakinlərindən 6 nəfəri fərdi qaydada dinlənilib. Sakinləri narahat edən problemlər dinlənildikdən sonra, həlli mümkün müraciətlər yerindəcə həll edilib, həlli vaxt tələb edən müraciətlərin həlli istiqamətində aidiyyəti üzrə rayonun idarə rəhbərlərinə müvafiq tapşırıqlar verilib.