CeyLo Ben Affleklə evləndi - Fotolar

ceylo-ben-afflekle-evlendi
Oxunma sayı: 6270

Hollivud ulduzu Ben Afflek və dünyaca məşhur müğənni Cennifer Lopez ailə həyatı qurub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “TMZ” yayıb.

Məlumata görə, toy mərasimi iyulun 16-sı Nevada ştatının Klark bölgəsində baş tutub. Toyun digər detalları açıqlanmayıb. 

Qeyd edək ki, cütlük daha əvvəl də münasibətdə olub və təqribən 20 il əvvəl ayrılıblar. Məşhur cütlük ötən il yenidən münasibətlərini bərpa edib. 

Qeyd edək ki, bu, 52 yaşlı Cennifer Lopezin dördüncü, 49 yaşlı aktyorun isə ikinci evliliyidir.