CeyLo gəlinlikdə, Kardi Bi qara fatada... - Fotolar

ceylo-gelinlikde-kardi-bi-qara-fatada
Oxunma sayı: 5907

Noyabrın 21-də Los-Ancelesdə “American Music Awards” mükafatının təqdimetmə mərasimi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbir “Microsoft” teatrında baş tutub. Mərasimin aparıcısı rep ifaçısı Kardi Bi olub. O, tədbirə “Schiaparelli”dən olan paltarda, qara fata və qızılı maskada qatılıb.

Cennifer Lopesin obrazı xüsusilə seçilib. O, tamaşaçıların qarşısına “Dolce&Gabbana”dan olan gəlinliyə bənzər libasda çıxıb. Müğənni baş rolda çəkildiyi “Marry Me” filminin saundtreki olan “On My Way” mahnısını ifa edib.

Qonaqlar arasında, həmçinin “Maneskin”, “BTS” qrupları, Bruno Mars, Vinni Harlou, Billi Porter və Oliviya Rodriqo olub.

Mükafata il ərzində daha çox uğur əldə etmiş tanınmış simalar layiq görülüb. 

Kardi Bi

CeyLo

"Maneskin" qrupu

"BTS" qrupu

Billi Porter

Machine Gun Kelly və 12 yaşlı qızı Keysi

Oliviya Rodriqo