100-dən çox dünyaca məşhur artist koronavirusla mübarizə aparan tibb işçilərinə dəstək məqsədi ilə keçirilən «One World: Together At Home» xeyriyyə marafonunda iştirak edib.
“Qafqazinfo”nun məlumatına görə, aprelin 18-də keçirilən onlayn konsertin təşəbbüskarları “Global Citizen” hərəkatı və Ümumdünya Səhiyyə Təşkilatıdır (ÜST). Qlobal layihənin təşkilatçılarından biri isə amerikalı müğənni və aktrisa Ledi Qaqadır.
Marafonu Cimmi Fellon, Cimmi Kimmel və Stiven Kolber keçiriblər, onun iştirakçıları isə Elton Con, Pol MakKartni, Selin Dion, Andrea Boçelli, Cennifer Lopez, Maluma, Kamilla Kabelyo, Şon Mendes, Con Ledcend, Billi Ayliş, Sem Smit və digərləri olublar.
Xarici KİV-in məlumatına görə, marafon zamanı artistlər 128 milyon dollara yaxın vəsait toplayıb. Həmin məbləğ tibb müəssisələrinin inkişafı, eləcə də koronavirusa qarşı vaksinin yaradılması məqsədi ilə xərclənəcək.
8 saat davam edən konsertin tam versiyasına buradan baxa bilərsiniz.
Son xəbərlər
Son Xəbərlər