Dünyaca məşhur müğənni Cennifer Lopez toya hazırlaşır.
"Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb cari ilin martında 43 yaşlı keçmiş beyzbolçu Aleks Rodriqesin ona evlilik təklif etməsi olub. CeyLo toyun bu il olacağını deyib.
"Hər şey yaxşıdır. Qarşıda bizi gərgin il gözləyir. Heç yerə tələsmirik. Biz toya əbədi bir hadisə kimi baxırıq, ona görə hər şeyi doğru və tələsmədən etmək istəyirik", - deyə CeyLo jurnalistlərə bildirib.
Son xəbərlər
Son Xəbərlər