“Qafqazinfo”nun məlumatına görə, mükafata layiq görülmüş fransız rəssam Dafne Bitçaç da daxil olmaqla 4-ü azərbaycanlı, 4-ü də Avropa ölkələrindən gələn 8 rəssam Avropa Oyunlarının maskotları Ceyran və Narın heykəllərini bəzəmək üçün Bakıya dəvət olunublar.
Rəssamlar boyamanı bitirəndən sonra, bu heykəllər Oyunlar zamanı azarkeşlərin dəyərləndirməsi üçün Bakının müxtəlif nöqtələrində yerləşdiriləcək.
Azərbaycanın gənclər və idman naziri, Bakı 2015-in baş icraçı direktoru Azad Rəhimov tədbirlə bağlı fikirlərini bölüşüb:
“Bakı 2015-in başlamasına 50 gün qaldığı bir vaxtda yaradıcılıqları ilə ilk Avropa Oyunlarına yaddaşlara həkk olunacaq töhvə verəcək 8 rəssamın hər birini salamlayıram. Bakı 2015-i bizimlə birlikdə bayram edən bütün azarkeşlər, onların yaratdıqları incəsənət nümunələrini izləyə biləcəklər. Bu nümunə eyni zamanda, Avropanın fərqliliyini vurğulayacaq”.
Son xəbərlər
Son Xəbərlər