Ceyranbatan su anbarına yaxın otluq sahədə yanğın söndürüldü - Yenilənib

ceyranbatan-su-anbarina-yaxin-otluq-sahede-yangin-sonduruldu
Oxunma sayı: 3139

Ceyranbatan su anbarına yaxın ərazidə quru otluq sahəsində yanğın başlayıb. 

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) “Qafqazinfo”ya məlumat verilib.

Bildirilib ki, hadisə Abşeron rayonu, Xırdalan şəhərində qeydə alınıb.

Qurumun Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə yanğın yerinə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

***

Fövqəladə Hallar Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, Dövlət Yanğından Mühafizə xidmətinin qüvvələri yanğını qısa müddətdə söndürüb.