Ceyranbatan Su Anbarında adam boğulub? - Rəsmi açıqlama

Ceyranbatan Su Anbarında adam boğulub?
Oxunma sayı: 2361

Sosial şəbəkələrdə Ceyranbatan Su Anbarında çobanın boğulması haqda məlumat yayılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polis polkovniki Ehsan Zahidov "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirib ki, hadisə Ceyranbatan Su Anbarında olmayıb: "Mayın 15-də Laçın rayonundan məcbur köçkün Fariz Təhməzov Samur-Abşeron kanalının kənarında qoyun otararkən kanala düşüb və boğulub. Onun meyiti artıq çıxarılaraq ailəsinə təhvil verilib. Ceyranbatan Su Anbarı strateji yerdir və xüsusi mühafizə olunur. Anbara kiminsə yaxınlaşması mümkün deyil. Hadisə su anbarında yox, su kanalında olub".

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi