Ceyranbatan su anbarının ətrafında yanğın başlayıb

ceyranbatan-su-anbarinin-etrafinda-yangin-baslayib-
Oxunma sayı: 1440

Abşeron rayonunda, Ceyranbatan su anbarının ətrafında kol-kos və qismən ağaclıq sahədə yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, hazırda hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası cəlb olunub.

Yanğının söndürülmə işləri davam etdirilir.