Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonunda Ceyranbatan su anbarının yaxınlığında quru ot və kol-kos yanması barədə məlumat daxil olub.
Nazirlikdən "Qafqazinfo"ya verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvə və texnikası hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri aparılır.
Əlavə məlumat veriləcək.
***
Abşeron rayonu ərazisində Ceyranbatan su anbarının yaxınlığında quru ot və kol-kos sahəsində baş vermiş yanğın 17:13-də söndürülüb.
Bu barədə FHN məlumat yayıb.
Fotolar: Report


Son xəbərlər
Son Xəbərlər