Ceyranbatan su anbarının yaxınlığında yanğın başlayıb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Gülçin Mehdiyeva “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu gün Ceyranbatan su anbarının yaxınlığında quru kol-kosların yanması barədə məlumat daxil olub. Nazirliyin müvafiq qüvvələri əraziyə cəlb olunub. Qısa zamanda yanğın nəzarətə götürülüb.
Əlavə məlumat veriləcək.
***
Abşeron rayonu ərazisində Ceyranbatan su anbarının yaxınlığında quru ot və kol-kos sahəsində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Son xəbərlər
Son Xəbərlər