Səbəb qəsəbədə günlərdir ki, suyun olmaması göstərilir. 168saat.com-a daxil olan məlumata görə, yolun bağlanması səbəbindən böyük tıxac əmələ gəlib. Yüzlərlə avtomobil hərəkətsiz qalıb. Sakinlər bildirirlər ki, Ceyranbatan su anbarının düz yanında yaşamalarına baxmayaraq dəfələrlə içməli su problemi ilə üz-üzə qalıblar. Son bir neçə gündür ki, qəsəbədə ümumiyyətlə su gəlmir. Sakinlər əlaqədar təşkilatlara dəfələrlə müraciət etdiklərini, lakin blemlərinin həll olunmadığını söyləyirlər. Problemə diqqət çəkmək üçün son çıxış yolunu magistral yolu bağlamaqda görüblər.
Qeyd edək ki, hadisə yerinə polis əməkdaşları cəlb olunub. Yolun açılması ilə bağlı sakinlərlə danışıqlar aparılır.
Son xəbərlər
Son Xəbərlər