Abşeron rayonunda Ceyranbatan su anbarının yaxınlığında quru ot və kol-kos sahəsində təqribən 2 ha ərazidə yenidən yanğın başlayıb.
“Qafqazinfo” xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası və Mülki müdafiə qoşunlarının şəxsi heyəti cəlb edilib, yanğına qarşı təcili və təxirəsalınmaz tədbirlər həyata keçirilir.
Hal-hazıradək yanğın nəzarətə götürülüb və yayılmasının qarşısı alınıb. Yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
Xatırladaq ki, sözügedən ərazidə ötən gün də yanğın baş vermişdi, axşamçağı saat 16:49-da söndürülmüşdü.
Son xəbərlər
Son Xəbərlər