Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilir.
“Qafqazinfo” xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında sözügedən dəyişikliklə bağlı parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. O qeyd edib ki, Məcəllənin 109.2-ci maddənin dördüncü cümləsində "Şikayətin" sözü "Bu Məcəllənin 109.2-1-ci maddəsinə əsasən tənbeh tədbirinin icrasının dayandırılması barədə qərar qəbul edildiyi hallar istisna olmaqla, şikayətin" sözləri ilə əvəz edilir.
Həmçinin Məcəllənin 109.2-1-ci maddəsinə “Şikayət verildiyi hallarda, barəsində şikayət olunan tənbeh tədbirinin icrasının dayandırılması ilə bağlı məsələyə, maraqlı şəxsin ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə şikayət instansiyasının öz təşəbbüsü ilə, şikayət instansiyası tərəfindən dərhal baxılır və bu barədə müvafiq qərar qəbul edilir" əlavəsi edilir.
Son xəbərlər
Son Xəbərlər