Cəzası 1 il azaldıldı

cezasi-1-il-azaldildi
Oxunma sayı: 1982

Bu gün Bakı Apelyasiya Məhkəməsində jurnalist Abuzər Cəfərlinin barəsindəki hökmdən verilən şikayətə baxılıb.

Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Məhkəmənin qərarı ilə A.Cəfərli barəsində hökm 1 il azaldılaraq 4 ilə endirilib. Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Cəfərli 5 il müddətinə azadlıqdan məhrum edilib.

A.Cəfərli dələduzluqda təqsirləndirilir. O, İslam İslamovdan onun oğlunu DİN-də işə düzəltdirmək adı ilə 3600 manat, Zahid Xəlilovun oğlunu FHN-də işə düzəltmək adı ilə 2500 manat alaraq mənimsəməkdə ittiham edilir.

Murad Əhməd