“Chevron BTC Pipeline” Azərbaycandakı nümayəndəliyini bağlayır

“Chevron BTC Pipeline” Azərbaycandakı nümayəndəliyini bağlayır
Oxunma sayı: 886

“Chevron BTC Pipeline” şirkəti Azərbaycanda öz nümayəndəliyini bağlamaq qərarına gəlib.

“Qafqazinfo” “İnterfaks Azərbaycan”a istinadən xəbər verir ki, “Chevron BTC Pipeline” Amerikanın “Chevron” şirkətinin Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsi üzrə bölməsidir. 

“Chevron” şirkəti hazırda Azərbaycanda hər hansı bir layihədə iştirakçı qismində çıxış etməsə də, bir müddət əvvəl bir sıra layihələrdə səhmdar olaraq iştirak edib. 

Qeyd edək ki, “Chevron” şirkəti 2019-cu ilin noyabrın 4-də Azərbaycandakı səhmlərinin 1,57 milyard dollara satılması barədə Macarıstanın “MOL” şirkəti ilə müqavilə imzalamışdı.

Burada söhbət Azəri-Çıraq-Günəşli layihəsi üzrə səhmlərin 9,57%-dən, Bakı-Tbilisi-Ceyhan layihəsi üzrə isə səhmlərin 8,9%-dən gedirdi.