CHP-də 3 millət vəkili birdən istefa verdi

chp-de-3-millet-vekili-birden-istefa-verdi
Oxunma sayı: 2101

CHP lideri Kamal Kılıçdaroğluna məktub yazaraq partiya siyasətindən narahat olduqlarını bildirən millət vəkilləri Əli Çələbi (İzmir), Hüseyn Avni Aksoy (Karabük) və Özcan Özəl (Yalova) partiyadan istefa veriblər.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, hər üç millət vəkili qərarını bu gün Türkiyə Böyük Millət Məclisində (TBMM) keçirdikləri mətbuat konfransında elan ediblər.

Çələbi, Aksoy və Özəlin istefasından sonra CHP-nin TBMM-dəki deputat sayı 138-dən 135-ə düşüb.