CHP-nin şərtləri

chp-nin-sertleri
Oxunma sayı: 1391


Görüşün şəffaf şəkildə keçirilməsi, perspektivdə inamsızlıq probleminin yaşanmaması üçün Kılıçdaroğlu atılacaq addımları 100 günlük, bir illik və iki illik tələblər formasında irəli sürəcək 

CHP-nin koalisiyada təmsil olunması gerçəkləşərsə, iki il müddətində aşağıdakı qanunların qəbul edilməsi tələb ediləcək

100  günlük planlar

-Pensiyaçılara Ramazan və Qurban aylarında əlavə maaş verilməsi 

- Ailə sığortası 

- Siyasi Əxlaq qanunun qəbul edilməsi 

- Büdcənin xərclənməsinə nəzarət etmək üçün Məclis Hesab Komissiyasının yaradılması 

1 illik planlar

- Minumum əməkhaqqı üzərində olan vergilər aradan qalxacaq, minimum əməkhaqqı 1500 lirə olacaq

- Kəndlilərə mazutun litri 1,5 lirədən veriləcək

- Siyasi partiyalar haqqında qanun demokratiyanı gücləndirəcək şəkildə dəyişəcək

- Yüzdə on seçim barajı qalxacaq 

- Təşviq sistemi dəyişəcək

İki illik planlar

- Qüvvətlər ayrılığı prinsipini və parlamentar demokratiyanı gücləndirəcək bir Konstitusiya yaradılacaq

- Haqq və azadlıqlarının dairəsini genişləndirəcək işlər həyata keçiriləcək

- YÖK ləğv ediləcək