Türkiyənin Cumhuriyyət Xalq Partiyası Ali Seçki Komissiyasına müraciət edib.
“Qafqazinfo”nun “Hurriyet”ə istinadən verdiyi xəbərə görə, müraciətdə car ilin 31 martında İstanbulun 39 rayonunda keçirilən və ötən il iyunun 24-də baş tutmuş prezident seçkilərinin nəticələrinin ləğvi xahiş olunub.
“Prezident və bələdiyyə seçkiləri...Əgər siz İstanbuldakı seçkilərdə saxtakarlığın olduğunu deyirsinizsə, seçki məntəqələrinə ictimai vəzifəli şəxslərin rəhbərlik etmədiyini iddia edirsinizsə, o zaman deyim ki, oxşar hadisələr 24 iyunda da olub. Yəni nəsə olubsa, həqiqətən də 24 iyunda olub. Ona görə o seçkilərin nəticələri ləğv edilməlidir. Ali Seçki Komissiyasına qəti etibar etmir və inanmırıq. Baxaq görək, öz cəsarətli qərarlarının arxasında dayana biləcəklərmi?!”, - deyə CHP-nin sədr müavini Muharrem Erkek bildirib.
Son xəbərlər
Son Xəbərlər