“Cibimdə nə qədər pul olduğunu bilmirəm”

cibimde-ne-qeder-pul-oldugunu-bilmirem-
Oxunma sayı: 686


-"Google"da adınızı axtarışa verəndə, daha çox "ən zəngin azərbaycanlı iş adamı" nəticələri çıxır.

- O, deyir ki, “Google”da yazılanlara inanmayın. Amma Mübariz Mənsimov, digər adı Mübariz Qurbanoğlu 1 milyard dollarlıq sərvətilə “Forbes”in “Ən zənginlər” siyahısına düşüb. Həmin siyahıya görə, M. Qurbanoğlu Türkiyədə 26, dünyada isə 153-cü ən zəngin şəxsdir. Mübariz Mənsimov Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın təklifilə Türkiyə vətəndaşı oldu. O, Qurbanoğlu soyadını götürdü. 2012-ci ilini çox yaxşı tamamlayıb. Hətta böhran öncəsi iqtisadiyyatın ən yaxşı dövri hesab edilən 2007-ci ili belə daha yaxşı yekuşlaşdırıb.

- Böhran vaxtı iş planlarınızı dəyişdirmək məcburiyyətində qalmısınızmı?

- Xeyr, tam əksinə. “Palmali Group” böhran dövrlərində ancaq inkişaf edib. Sonuncu böhran vaxtı isə ildə 18-23% artıma nail olduq ki, bu da bizim hədəfimiz idi.

- Qiymətlərin düşməsi və ticarətin tempinin ləngiməsilə bağlı həm gəmiqayırma, həm də nəqliyyatla bağlı çox tənqidlər olunur. Bununla bağlı sıxıntılarınız varmı?

- Ayağını yorğanına görə uzatmalısan. Biz dəniz nəqliyyatında əvvəlcə iş yaratdıq, sonra isə gəmi aldıq. Bizneslərindən çox yaxşı gəlir əldə edəndə axmaq-axmaq işlərə pul xərcləyənlər, işləri düz gətirməyəndə dövlətdən kömək istəyirlər. Bu, düzgün deyil.

-Təşviq və dəstək tələblərinə münasibətiniz?

- "Palmali" olaraq nə Rusiyada, nə də Türkiyədə təşviq istədik, nə də ondan istifadə etdik. Allah razı olsun, Türkiyədə də gəmiçilik sektorunda vergi sıfır həddindədir. Daha nə kömək istəyək ki?
Bu gün istədiyin kömək başqa birinin cibinə girmək deməkdir. Bu da sahibkarın cibindən, işçinin cibinə alınır. Yanacağın qiyməti qalxır, yəni hər kəsin cibindən çıxır.

-İşinizin stabilliyində dəyişiklik oldumu? Burada azalma müşahidə etdinizmi?

- Bu, yüklərin qiymətlərində hiss olundu. Amma xərclərin də sayı düşdü, azaldı. Məsələn, adi halda 100-120 milyon dollara aldığımız gəmilər, indi 35-40 milyon dollara alırıq. Istehsal xərcləri də azalıb. 20 milyona başa gələn gəmiləri, indi 13 milyona istehsal edirik. Stabillilik və xərclərdəki azalmalar bir-birini əvəz etdilər.

-“The İstanbul Edition”dakı Çipriani (Giuseppe Cipriani) restoranlarının İtaliyada iflasın kəndarında olduğu haqda söhbətlər gəzir?

- Cuzeppe Çiprianini çox yaxşı tanıyıram, bu həqiqət deyil.

-Keçən həftə bir restoranın işçiləri Vatikandakı restoranda tətil keçiriblər?

- Təkcə bir yerdə problem yarana bilər, amma bu heç də bütövlükdə iflas deyil. Ən azından onu deyə bilərəm ki, onların Türkiyədəki iş ortaqları mənəmsə, lazım gəlsə onun hamısını alaram. Amma yenə də iflas baş verməz. Lakin belə bir təhlükə yoxdur. Söz-söhbətlər həmişə olur. İstanbuldakı Çiprianiniyə də bahalıdır demişdilər. Halbuki eyni insanlar ABŞ-da yağış altında Çiprianinin qapısı ağzında sıra tuturlar. Həm də buradakı qiymətlər də çox ucuzdur.

- İllər öncə "Beşiktaş"ı ala bilərəm" demişdiniz, sonra fikrinizdən daşındınız?

- Məndən "satılsa alarsınızmı?" deyə soruşmuşdular, məndə "satılsa ala bilərəm" demişdim. Amma "Beşiktaş" satılıq deyil ki. Nəticədə təbii ki, "Beşiktaş" könlümdəki klubdur.

- Çox borcu olan bir klubdur, maddi ya da idarəçilikdə yer almaq istəmərsiniz ki?

- "Beşiktaş" böyük klubdur, hər şeyin öhdəsindən gələr. Daha öncədə maddi yardım etdik. Bundan sonra da lazım olsa edərik. İdarə olaraq heç bir zaman düşünmədim, düşünmürəm. Amma futbolun bir biznes olduğunu hamı qəbul edir. Dünyada da klub idarəçiliyi yeni konsepsiyaya doğru irəliləyir. Bu müddət Türkiyə idmanını da zamanla irəlilədəcək. Amma nəticədə klubun əsas sahibi tərəfdardır.

- 2013-cü ildə qətiləşən sərmayə qərarınız var?

- Bodrumda sürpriz bir otelçiliyə girə bilərik. Hazırda ərazi üçün razılaşmaq üzrəyik. Özümüzün bir sərmayəsi olacaq. Yenə Yalıkavakta. Yaşıllıq, içində villalar olan bir butik otel ola bilər. Gələn ilin qışına inşaata başlayacağıq. Ərazi istisna olmaqla təqribən 200 milyon dollarlıq sərmayə olacaq.

- Boğazda da yer axtardığınız deyilir. Bu doğrudur?

- Yer izləyirik, marina (liman) və otel edə biləcəyimiz Avropa sahilində yerlərə baxırıq. Satın da ala bilərik, biz də edə bilərik. Hazırda bir marinamız inşaat vəziyyətindədir. Dünyanın ən yaxşı marinalarından biri olacağını iddia edirəm. Bu yaya hazır olacaq. Bu marinanın maliyyəti ərazisi ilə birgə 100 milyon dollardan da çox olacaq.

M. Mənsimov müsahibəsində daha sonra aşağadakı fikirləri bildirib


"Özüm qərar verməyi sevirəm, ortağı sevmirəm. Sürətli qərar verirəm, oturub mübahisə etməyi xoşlamıram. Haqlı da, haqsızda olsam hesabımı özüm ödəyim. Günahımda, savabımda özümə".

"Heç bir qərarımdam peşman olmadım. Etdiyim yanlış da, doğru da mənimdir. Peşman olsam nə dəyişəcək ki? Bunu düşünmək boş bir zaman itkisidir".

"Azəriyəm, Azəri türküyəm, Türkiyəni çox sevirəm. İstər Bakı, istər İstanbul, istər Azərbaycan, istərsə də Türkiyə mənim üçün eynidir. Hörmətli baş nazir "Niyə Türk vətəndaşı olmursan" demişdi, doğru dedim və Türkiyə vətandaşı oldum".

"Şirkətimdə erməniləri çalışdırmayacağımı söylədim, bəli. Milliyətçimiyəmmi? Bəli. Mən buyam, mənim qorxacaq bir şeyim yoxdur".

"Düşündüyümü söyləyirəm, çəkinmirəm. Başıma dərd açarsa ən pis ehtimal kapitan ya da hərbçi olaram. 45 yaşındayam, qolum ayağım yerindədir. 5 il hərb həyatı yaşamışam. Gərək olarsa gedər orduya qatılaram".

"Mənə "ən zəngin" deyirlər. Amma nəyə görə zəngin? İnsanın qəlbnin zəngin olması lazımdır. Cibimdə nə qədər pul olduğunu bilmirəm. Hər şey cənabı Allahındır, birinin cibinə girər, digərinin cibindən çıxar. Önəmli olan qəlbin zənginliyidir. Mənim varlığım işçilərimdir. Bir gün "Palmali" olmasa, komandamla eyni "Palmali"ni 1 ilə təkrar quraram. Dünyanın hər hansı bir yerində qurub, yenidən başlayaram".

"Mediyaya sərmayə qoyacağım, "Kanal D"ni alacağım qətiyyən doğru deyil. Biz iş adamıyıq, bizim media ilə heç bir bağlantımız yoxdur. Deyəcəksiniz ki, radiolarınız vaz. Fərqindəsinizsə bu belə əyləncəlidir. Xəbərlər belə yoxdur".

"Yalıkavak Marinayı almağıma Allah rəhmət etsin, çox yaxşı iş adamı olan Hayati Kamhi səbəbkar oldu. Amma çox problemli bir yer idi. Borclar içində. Xeyli saxta sənəd və sairə var idi. Aldığıma bir ara peşman oldum. Təxmin etmədiyim bir xeyli şey çıxdı. Amma nəticədə Bodrum üçün yaxşı nə isə etdik. Haqq-hüquqla da problemlərin demək olar ki, hamısını həll etdik".

anspress