Cihan Özkara “Simurq”a keçə biləcəyini təkzib etmədi

cihan-ozkara-simurqa-kece-bileceyini-tekzib-etmedi
Oxunma sayı: 740


Sergen Yalçının komandaya gəlişindən sonra heyətdən göndərilən futbolçu “Simurq”a keçəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib: “Hazırda bir neçə klubla danışıqlar aparıram. Həmin komandaların adlarını çəkmək istəmirəm. Amma ən yaxşı variantı düşünüb seçəcəm. Təkliflər çoxdur. Sadəcə dəyərləndirmək lazımdır. “Siimurq” haqqında isə fikir bildirmək istəmirəm”.