Türkiyənin reytinqli “Uzak şehir” serialına yeni aktrisa daxil olacaq.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Qoul Çakır Katsopoulos rol alacaq.
O, “Meryem” obrazı ilə “Cihan”ın (Ozan Akbaba) eks-sevgilisini canlandıracaq.
Qeyd edək ki, serialın baş rollarını Sinem Ünsalla Ozan Akbaba paylaşır.