Çikaqodakı iğtişaşlarda 2 nəfər həlak oldu

cikaqodaki-igtisaslarda-2-nefer-helak-oldu
Oxunma sayı: 982

Çikaqoda Corc Floydun ölümünə görə davam edən iğtişaşlar zamanı 2 nəfər ölüb, daha 2 nəfər isə yaralanıb.

“Qafqazinfo” xəbər verir ki, hadisələr Çikaqonun Sisero qəsəbəsində baş verib. Qəsəbə nümayəndəsi Ray Hananiya qurbanlar haqqında məlumatı təsdiqləyib. Bundan əlavə, ötən gün ərzində Çikaqo ətrafında baş verən iğtişaşlarda ən azı 60 nəfərin saxlanıldığı bildirilib.

Qeyd edək ki, ABŞ-da qaradərili Corc Floydun polis tərəfindən öldürülməsindən sonra bir neçə ştat və şəhərləri iğtişaşlar dalğası bürüyüb.