Çili sahillərində güclü zəlzələ

cili-sahillerinde-guclu-zelzele
Oxunma sayı: 1279

Çili sahillərində 5,8 maqnitudalı zəlzələ olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib.

Onun məlumatına görə, yeraltı təkanların episentri 161 minə yaxın əhalisi olan Kokimbo şəhərindən 8 kilometr cənubi-şərqdə, ocağı 10 kilometr dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat daxil olmayıb, sunami xəbərdarlığı edilməyib.