Çilidə deputat parlamentin yeni qərarına belə sevindi - Fotolar

cilide-deputat-parlamentin-yeni-qerarina-bele-sevindi
Oxunma sayı: 5994

Çili parlamenti yoxsul təbəqənin təqaüdünün 10 faizinin öncədən verilməsi qanununu qəbul edib. 

“Qafqazinfo” xəbər verir ki, hökumətin müsbət baxmadığı qanun layihəsinə ən çox sevinən isə millət vəkili Pamela Jiles olub. 

O, açıqlanan qərardan sonra parlament binasında qaçmağa və rəqs etməyə başlayıb.  P. Jilesin həmkarları alqışlarla ona dəstək verib. 

Deputatın görüntüləri sosial şəbəkələrdə paylaşılıb, dünya gündəmində yer alıb.