Çilidə deputatlar Prezidentin impiçmentini dəstəklədi

cilide-deputatlar-prezidentin-impicmentini-destekledi
Oxunma sayı: 813

Çili parlamentinin deputatlar palatası ölkə Prezidenti Sebastyan Pinyeranın impiçmentinə səs verib, yekun qərarı Senat verəcək.

Bu barədə “Qafqazinfo” TASS-a istinadən xəbər verir.

“Pandoranın dosyesi”ndəki sənədlərə əsasən, korrupsiyada şübhəli bilinən Pinyeranın impiçmentini 78 deputat dəstəkləyib (prezidentin istefası ilə bağlı təklifin dəstəklənməsi üçün tələb olunan minimum səs-red.), 67-si buna qarşı çıxıb, 3-ü bitərəf qalıb.

Qeyd edək ki, Pinyeranın səlahiyyətlərinin müddəti 2022-ci il martın 11-də bitir. Noyabrın 21-də ölkədə yeni prezident seçkiləri keçiriləcək.