Çilinin Coquimbo bölgəsindəki Oval şəhəri yaxınlığında 6,2 bal gücündə zəlzələ baş verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Amerika Birləşmiş Ştatları (ABŞ) Geoloji Tədqiqat Mərkəzi məlumat yayıb.
Bildirilib ki, zəlzələ ocağı yerin 76 kilometr dərinliyində olub.
İnsan tələfatı və təxribatına dair məlumat verilməyib. Tsunami təhlükəsinin olmadığı açıqlanıb.
Son xəbərlər
Son Xəbərlər