Çilidə kütləvi iğtişaşlar - Fotolar

cilide-kutlevi-igtisaslar
Oxunma sayı: 2772

Çilini yeni iğtişaşlar dalğası bürüyüb.

“Qafqazinfo” “Reuters”ə istinadən bildirir ki, dövlətin sosial və iqtisadi siyasətindən narazı olan vətəndaşlar Santyaqo, Konsepsyon, Antofaqasta və Valparaiso kimi böyük şəhərlərin küçələrinə çıxıb. Ölkənin Daxili İşlər Nazirliyinin məlumatına əsasən, polis 223 nəfəri saxlayıb.

Kütləvi iğtişaşlar ölkədə ötən ilin oktyabrında hökumətin metroda gediş haqqını artırmasından sonra başlayıb. Çili Prezidenti Sebastyan Pinyera qiymət artımını ləğv etsə də, çilililər həyatın digər aspektləri ilə bağlı da narazılıqlarını bildiriblər.