Çilidə polis sirk artistini öldürdü, xalq binalara od vurdu - Video

cilide-polis-sirk-artistini-oldurdu-xalq-binalara-od-vurdu
Oxunma sayı: 2276

Çilinin Panguipulli şəhərində polis şəxsiyyət vəsiqəsini göstərməkdən imtina edən sirk artistini prospektdə güllələyib.

“Qafqazinfo” “Haber Global”a istinadən xəbər verir ki, sirk artisti üç əl atəş açılaraq qətlə yetirilib.

Bundan sonra kütləvi aksiyalar başlayıb. Xalq küçələrə axışıb, barrikadalar qurublar.

Aksiyaçılar, əsasən, inzibati binaları hədəf alıblar. Onlar bələdiyyə binasını və polis mərkəzini yandırıblar.