Çilidə referendum ertələndi

cilide-referendum-ertelendi
Oxunma sayı: 1104

Çilidə aprelin 26-da keçirilməsi planlaşdırılan konstitusiya referendumu koronavirus səbəbindən ertələnib. “Qafqazinfo” “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə senatın spikeri Adirana Munyos məlumat verib.

Onun sözlərinə görə, referendum oktyabrın 25-də keçiriləcək.

Qeyd edək ki, indiyədək Çilidə 342 koronavirusa yoluxma faktı qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 11-də koronavirusu pandemiya elan edib.